Şirniyyat beyin sisteminə təsir edir

22 May 2012 21:11 (UTC+04:00)
Bir çox alimlər şirniyyatın beyin sisteminə yaxşı təsir etdiyini iddia etsədə, bu fikir yalnışdır.

Amerikalı alimlər aparılan tədqiqatlar zamanı belə qərara gəliblər ki, şirniyyat beyin sisteminin fəaliyyətinə pis təsir edir. Bu gün şirniyyatdan ən çox yeniyetmələr istifadə edirlər. Bu isə onlara olduqca ziyandır. Belə bir fikrə Kaliforniyalı alimlər gəliblər.

Şirniyyatdan və tərkibində şəkər olan qidalardan istifadə edənlərin yaddaşı zəifləyir.

Bildiyimiz kimi şirniyyat piylənməyədə səbəb olur. Bu səbəbdən də, alimlər şirniyyatdan az istifadə etmələrini tövsiyyə edirlər.

Türkan Nadirqızı

Movqe.Az