İkinci günəş sistemi tapıldı

30 Oktyabr 2013 17:01 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Avropalı astrofizika mütəxəssisləri , Yerdən təxminən 2 min 500 işıq ili uzaqlıqda daxilində bir ulduz və 7 planetin olduğu ikinci  "Günəş Sistemi" kəşf edilib. Astrofiziklər, Yer və Günəş Sisteminə bənzər sistem axtarışlarında əhəmiyyətli inkişaf qeydə alıblar.  Aralarında Alman mütəxəssislərin də olduğu Avropalı astrofiziklər, Günəş sistemi ilə eyni quruluşda ikinci bir sistem təsbit etdiklərini bildirib.  Alman Aviasiya və Kosmos Mərkəzi DLR , dünyadan 2 min 500 işıq ili uzaqlıqda, daxilində 7 planetin olduğu ikinci bir Günəş Sisteminin varlığının aydın olduğunu bildirib. Mütəxəssislər ilk dəfə Koi - 351 ulduzunun ətrafında , başqa bir ulduzun ətrafında təsbit edə bilmədikləri qədər əhatəli bir planet sisteminin olduğunu söyləyib .Koi - 351 ulduzu və ətrafındakı 7 planetin, Günəş və yaxınlığındakı planetlərlə eyni düzülüşə sahib olduğu yazılır. Berlin Planet Araşdırmaları İnstitutundan Juan Cabrere , daha əvvəl heç bir ulduzun ətrafında , koi - 351-ə yaxın olduğu kimi dünyanın kosmik sisteminə bənzər bir sistem kəşf edilmədiyinə diqqət çəkib.