Can Bonomo şokdadır!

23 May 2012 12:34 (UTC+04:00)

"Eurovision" mahnı müsabiqəsində Türkiyəni təmsil edəcək Can Bonomodan xoşəgəlməz xəbər var. Movqe.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, C.Bonomo müsabiqə zamanı səhnəyə çıxacaq, ancaq ailəsinin onu canlı izləyə bilməyəcək. Müğənninin ailəsinin qarşısında bir maneə var.

C.Bonomonun meneceri Ece Çelebioğlu, "Twitter" sosial şəbəkəsində şərhdə belə yazıb: "Son dəqiqə qolu. Canınkılar da daxil, ailələrimizi müsabiqəni izləməyə təmin yarada bilmirik.. Çünki onların biletləri başqalarına verilib".

Qeyd edək ki, C.Bonomo və qrupu Azərbaycan səlahiyyətlilərindən problemi həll etməsini gözləyir.

Fuad Mədətov

Movqe.Az