27 min işçini azad edəcək

24 May 2012 17:17 (UTC+04:00)

Movqe.Az "Euronews"a istinadən bildirir ki, Dünyada 300 min adamı işlə təmin edən Amerikanın informasiya nəhəngi "Hewlett-Packard" 2014-cü ilin sonuna qədər 27 min işçinin işdən azad edilməsini planlaşdırır.
İqtisadi böhranın təsir etdiyi şirkət, üç il ərzində təxminən 3 milyard yarım dollar qənaət etməyi qarşısına məqsəd qoyub.
HP-nin bəzi işçilərini də təqaüdə çıxarmaqla, iş gücünü səkkiz faiz azaltmaq nəzərdə tutulduğu bildirilib.