İspaniya erməniləri məyus etdi
24 May 2012 20:51 (UTC+04:00)
İspaniya parlamentinin xarici işlər komissiyası
1915-ci il hadisələri ilə bağlı erməni iddialarının tanınmasına
dair təklifi rədd edib. ANS PRESS-in "CNN Türk"ə istinadla verdiyi
məlumata görə, təklifin lehinə 3, əleyhinə isə 36 səs
verilib.
Bask bölgəsində fəaliyyət göstərən "Amaiur"
koalisyasından olan 2 millət vəkilinin ölkə parlamentində gündəmə
gətirdiyi erməni iddialarının tanınmasına dair təklif ötən gün
xarici işlər komissiyasında gündəmə gətirilib.
Layihəni ancaq Birləşmiş sol (IU) ilə Bask
bölgəsində fəaliyyət göstərən Bask Milliyətçi Partiyası (PNV)
dəstək verib. İqtidardakı Xalq Partiyası (PP) və ana müxalifətdəki
Sosialist İşçi Partiyası (PSOE) başda olmaqla bütün digər siyasi
partiyalar isə təklifə qarşı çıxıb.
PP-nin sözcüsü Jose Maria Beneyto parlamentin
tarixi təftiş etməyə qarşı olduqlarını, bunun əvəzinə Türkiyə və
Ermənistan arasındakı yaxınlaşmanı təşvik etmək istədiklərini
bildirib. Ana müxalifətin deputatı Meritxell Batet də Fransanı
nümunə gətirərək, bu tip qərarların Türkiyə-Ermənistan
münasibətlərinə mənfi təsir etdiyini bildirib. "Uzlaşmağı təşviq
etmək ən yararlı yoldur. Sadəcə bu şəkildə gerçək bir həll ola
bilər".
Demokratiya və Mütərəqqi Birlikdən (UPyD) olan
millət vəkili Irene Lozano da b təklifə etiraz edib: "Buraya gəlib
erməniler üçün timsah gözyaşları tökmədən və qəhrəmanlıqdan bəhs
etmədən öncə bask bölgəsindəki terror hücumlarında həyatlarını
itirənlər üçün ağlayın və bu hücumları qınayın. Məncə bu hərəkət
ikiüzlülükdür".
Qeyd edək ki, İspaniya parlamentində gündəmə
gətirilən son təklifdən öncədə, Katalonya Cümhuriyətçi Solu (ERC)
partiyası 2010-cu ilin mart ayında iddialarla bağlı başqa bir
təklifdə irəli sürmüşdü. Ancaq bu təklifdə rədd edilmişdi.