“Yahşi Cazibe” sona çatır

24 May 2012 21:14 (UTC+04:00)

Movqe.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Azərbaycandan Türkiyəyə gələrək vətəndaşlıq almağa çalışan bir qadının həyat hekayəsindən bəhs edən "Yahşi Cazibe" serialı sona çatır. Cazibə rolunu canlandıran aktrisa Aslıhan Gürbüz başa çatan müqaviləsini yeniləməkdən imtina edib. A.Günbüz, son seriyada Cazibə xarakterinin yer almayacağı bildirib.


Serialın prodüser Ali Gündoğdu isə bu barədə məlumatları təkzib edib. Onun sözlərinə görə, serialın bu yay başa çatması ilə bağlı qərar hələ yanvar ayında verilib.

Fuad Mədətov

Movqe.Az