İbonun oğlu İdo anası haqqında danışılanlara cavab verib

24 May 2012 22:00 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Türkiyənin "Bir səhər" verilişində Dərya Tunanın Ümrə səyahəti müzakirə edilib. D.Tunanın səyahətdən əvvəl çəkilən şəkilləri verilişdə tənqid olunub. Belə ki, verilişi zamanı bu cür fikirlər səslənilib: "Dərya xanımın çantası avtobus qiymətinədir. Ümrə paltarı isə xüsusi hazırlanmışdır".

D.Tuna haqqında, "İbrahim Tatlısəsdən hələ də küsüb. "Küsülü deyiləm" deyir, amma küsülüdür. Dərya xanım münasibətlərinə görə getməyib. İbrahim Tatlısəsi hələ də gözləyir. Dua edir ki, bəlkə geri dönəcək" səslənən fikirlərə İ.Tatlısəsin oğlu İdo biganə qalmayıb.

İdo məsələ ilə bağlı belə deyib: "Səhər verilişlərində hamı çaşıb. Siz özünüzü tənqid edin, dini öhdəliyinizi yerinə yetirin, sonra danışın. Bilib-bilmədən danışılmasın. Dərya Tunanın bu saatdan sonra gözləməsi olacaqdır. Kimsənin kimsəni gözlədiyi filan yoxdur. Biz özümüzə baxırıq. Dərya Tuna İbrahim Tatlısəsi gözləyirsə, həmin halda olacaq böyük hadisələri deyil, kiçik hadisələri gözləyin".

Fuad Mədətov

Movqe.Az