Bu günə gözlənilən hava şəraiti

25 May 2012 11:26 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında mayın 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək, gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 17-20, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarına gəlincə isə mayın 25-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 16-21, gündüz 27-32, dağlarda gecə 7-11, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnozlara görə mayın 25-dən 27-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.