“Twitter” daha bir jurnalisti işindən azad edib
25 May 2012 13:45 (UTC+04:00)
Movqe.Az "Euronews"a istinadən bildirir ki,
"Twitter" jurnalistləri işindən azad etməyə davam edir. Fransada
bir jurnalist may ayının 6-da keçirilən prezidentlik
seçkilərinin ikinci turunda François Hollandenin seçilməsi ilə
bağlı sevincini "twitter"də paylaşdığı üçün işindən qovulub.
Fransız dövlət televiziyası "France 3" kanalının 25 illik təcrübəli
müxbiri Cozef Tualın atdığı "tweet"lərə görə heç bir məlumat
verilmədən giriş kartı ləğv edilərək işinə son qoyulub.
Cozef Tual prezidentlik seçkiləri dövründə də Nikolas
Sarkozi əleyhinə etdiyi xəbərlərlə tanınırdı.
Birliklər jurnalistin kanal rəhbərliyinin heç bir rəsmi məlumat
vermədən "ağır səhv" səbəbi ilə təcrübəli jurnalistin işinə son
qoyulmasına qarşı reaksiya göstəriblər.