Prezidentin Əfqanıstana gözlənilməyən səfəri

25 May 2012 14:19 (UTC+04:00)
Movqe.Az BBC-yə istinadən bildirir ki, Fransanın prezidenti François Hollande Əfqanıstana ziyarət edir.
May ayının əvvəllərində prezident seçilən Hollandenin Əfqanıstanda yalnız bir neçə saat olacağı təxmin edilir.
François Hollande Əfqanıstandakı bütün fransız əsgərlərini 2012-ci ilin sonuna qədər geri çəkmək istəyir. Bu, keçmiş prezident Nikolas Sarkozinin təyin etdiyi təqvimdən bir il əvvəldir.
Hollandenin fərdi düşüncələrini və güclərin geri çəkilməsi planı mövzusundakı səbəblərini fransız əsgərlərinə izah etmək məqsədi ilə bu ziyarəti etdiyi söylənilir.
Hələ də Əfqanıstanda 3350 fransız əsgərləri vəzifələrini yerinə yetirir. Fransız əsgərləri ölkədəki NATO gücləri arasında beşinci böyük birlik yerini tutur.
Əfqanıstanda 2001-ci ildən bəri 83 fransız əsgəri öldürülüb. Əsgərlər əfqan milli ordusunun təhsilinə köməkçi olacaqlar.