Bu günə gözlənilən hava şəraiti

27 May 2012 11:16 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında mayın 27-də hava şəraitinin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, gündüz dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi ehtimal olunur. 

Arabir güclənən şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu gecə 15-20 isti, gündüz 24-29 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarına gəlincə isə mayın 27-də əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Bəzi şimal və qərb rayonlarında lokal leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. 

Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. 

Havanın temperaturunun gecə 16-21, gündüz 25-30, dağlarda gecə 7-11, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir. 

Mayın 27-də Respublikanın rayonlarında əsasən gecə və axşam şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.