Yeni imicli Röya tac davasına qoşulmaq iddiasında-FOTO

5 Dekabr 2013 10:19 (UTC+04:00)

Son zamanlar şou-biznesdə Aygün Kazımova və İlhamə Quliyeva arasında tac üstündə soyuq müharibə davam edir. Deyəsən bu müharibəyə qoşulmaq iddiasında olan Röya Ayxan da imicində dəyişiklik edərək, başına tac taxıb. Mövqe.az-ın məlumatına görə, saçlarını uzadan ifaçı yeni fotolarını sosial şəbəkədə paylaşıb. Röya həmçinin qiymət artımından da gileylənib. O, belə bir status yazıb:  "Qiymətlər qalxır, necə olacaq bunun axrı?" 

Mövqe.az Röyanın özünün paylaşdığı taclı şəkli sizə təqdim edir: