Movqe.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin "Eurovision" təmsilçisi Can Bonomo finalda səhnəyə çıxdığı eyni vaxtda, məşhur müğənni Hande Yener də İstanbulda konsert proqramıyla çıxış edirdi. H.Yener səhnədə olmasına baxmayaraq, köməkçilərindən "Eurovision" mahnı müsabiqəsi ilə bağlı son məlumatları alırdı.
Müğənni səhnədən Can Bonomonun adını çəkərək deyib ki, Can birinci olarsa, onun yaradıcılıq işlərini heç şərh etməyəcəkdir. Amma H.Yener biləndə ki, isveçli Loren qalib gəlib, təəccüblü fikiri ilə tamaşaçıların marağına səbəb olub.
"O, mənim oxşarımdır", - H.Yener söyləyib.
Fuad Mədətov
Movqe.Az