Yanğın olub

29 May 2012 16:04 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Qatarın paytaxtı Dohanın ən böyük ticarət mərkəzlərindən birində yanğın baş verib.Yanğında 13-ü uşaq olan 19 nəfər həlak olub.Qeyd edək ki, yanğın nəticəsində 17 xilasetmə işçisinin də dünyasını dəyişdiyi deyilib.Yanğının baş vermə səbəbi hələlik məlum deyil. Şahidlər belə lüks ticarət mərkəzində yanğın həyəcan siqnalının olmadığını, lazımı tədbir alınmadığını və bunun nəticəsində də xəsarət alanların çox olduğunu iddia edib.