Hamilə arvadını öldürüb

29 May 2012 17:47 (UTC+04:00)

Movqe.az xəbər verir ki, İtaliyanın Piacenza əyalətində ağlasığmaz cinayət hadisəsi baş verib. Beləki fermada çalışan hind əsilli 36 yaşlı Sing Kulbir 27 yaşlı hamilə arvadını öldürərək cəsədini Po çayına atıb. Cinayətin səbəbinin arvadının hind geyimləri əvəzinə müasir paltarlar geyinməsi olub. Ənənələrdən xilas olaraq İtaliyadakı həyatına uyğunlaşmağa çalışan qadının 3 aylıq hamilə olduğu deyilib.