Facebook evin oğurlanmasına səbəb oldu

29 May 2012 17:51 (UTC+04:00)

Avstraliyada oğrular evi qarət etmək qərarına gəliblər. Onlar bu fikirə, yeniyetmə qızın Facebook səhifəsində külli miqdarda pul şəkilini yerləşdirdiyini gördükdən sonra gəliblər.

Maskalı şəxslər əllərində bıçaq qapını sındıraraq evə daxil olublar. Evi çox axtarsalar da, onlar lazım olan məbləği tapa bilməyiblər. Bir neçə əşya və pul oğurlayaraq evi tərk ediblər..

Araşdırma zamanı məlum olub ki, 17 yaşlı qız Facebook-da öz nənəsinə aid olan pulların şəkilini yerləşdirib. Bu səbəbdən də, onlar ünvanı səhv salıblar.

Bu hadisədən sonra avstraliyalı polislər şəxsi məlumatların sosial şəbəkələrdə yayımlanmasının təhlükəli olduğunu bildiriblər.

Türkan Nadirqızı

Movqe.Az