Sevda Yəhyayevanın “uğursuz sevgisi” – FOTOSESSİYA

4 Aprel 2012 19:28 (UTC+04:00)
Müğənni Sevda Yəhyayeva uğursuz sevgidən bəhs edən mahnı ifa edib. Bu barədə Movqe.Az xəbər portalına müğənni özü məlumat verib. O, Pərviz Mahmudovun bəstəsi olan "Saxta" adlı mahnının bu gündən etibarən radio dalğalarında yayamlanacağını dedyib:

"Pərviz Mahmudovun bəsətələdiyi "Saxta" adlı mahnını pop musiqi janrındadır. Sözləri Aygün İsmayılovaya aid olan mahnının aranjemanı Hakan Erola məxsusdur. Mahnı uğursuz sevgidən bəhs edir. Mahnı bu gündən radio dalğalarında yayımlanacaq", - S.Yəhyayeva dedi.

Müğənni onu da qeyd etdi ki, fevral ayında "Tut əlimi" adlı solo konsertinin uğurlu keçməsi ilə bağlı ona həmkar və dostları minnətdarlığını bildiriblər. Müğənni solo konsertinin montaj olunduğunu və nəticədə DVD diskini hazırlanacağını dedi.

Fuad Mədətov