Bizi necə hava gözləyir?
15 Dekabr 2013 15:14 (UTC+04:00)
Bakıda və Abşeron
yarımadasında havanın dəyişkən
buludlu olacağı, arabir tutulacağı, arabir yağıntılı olacağı, bəzi
yerlərdə sulu qara keçəcəyi gözlənilir.
Temperatur gecə 0°-yə yaxın, gündüz 2-5° isti,
Bakıda gecə 0°-yə yaxın, gündüz 2-4° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 763 millimetr
civə sütunundan 774 millimetr civə sütununa yüksələcək, nisbi
rütubət 80-90 faiz təşkil edəcək.
Naxçıvan Muxtar
Respublikasında, əsasən, gecə və axşam
yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı ehtimal
olunur.
Temperatur gecə 5-10° şaxta, bəzi yerlərdə 15°-dək
şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,həmçinin
Xocavənd, Qubadlı, Zəngilan, Laçın,Kəlbəcər və Daşkəsən-Gədəbəy
rayonlarında arabir qar
yağacaq.
Temperatur gecə 10-15° şaxta, gündüz 0-5° şaxta
olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam,Füzuli və
Cəbrayıl rayonlarında, əsasən, gecə
və axşam bəzi yerlərdə yağıntılı olacaq.
Temperaturun gecə 1-6° şaxta, gündüz 1-5° isti
olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz,
Qəbələ,İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,Quba, Xaçmaz
və Qusar rayonlarında arabir qar
yağacağı gözlənilir.
Temperaturun 3-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək
isti, dağlarda gecə 10-15° şaxta, yüksək dağlıq ərazilərdə gecə
18-23° şaxta, gündüz 5-10° şaxta olacağı
gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay,
Ağdaş,Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar,
Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala
rayonlarında, əsasən, gecə və axşam
bəzi yerlərdə yağıntılı olacaq.
Temperaturun gecə 4° şaxtadan 1°-dək isti, gündüz
1-6° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara
rayonlarında havanın arabir
yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı ehtimalı
var.
Temperatur gecə 3° şaxtadan 2°-dək şaxta, gündüz
2-5° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta
olacaq.