Əslən azərbaycanlı məşhur aktyor keçmiş həyat yoldaşı haqqında danışıb

30 May 2012 12:26 (UTC+04:00)

Movqe.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin məşhur aktyoru Tamer Qaradağlı, "Magazin Meydanı" adlı verilişdə qonaq olarkən, qızı Zeynoyla yaxından maraqlandığını və onunla daha çox vaxt keçirdiyini deyib.

T.Qaradağlı boşandığı həyat yoldaşı, məşhur aktrisa Arzu Balkan haqqında da müsbət danışıb: "Kaş ki, daha əvvəl uşağım olardı. Qızımın hər zaman yanımda olmasını istəyirəm. Və Arzu Balkan həqiqətən də çox yaxşı bir ana olub. Yaxşı ki, qızımın anası Arzu Balkandır".

Qeyd edək ki, T.Qaradağlı müsahibələrində əslən azərbaycanlı olduğunu bildirib.

Fuad Mədətov

Movqe.Az