Canlı efirdən qaçdı - video

30 May 2012 12:41 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, İtalyadakı "TV7" kanalında efirə gedən səhər proqramı olan "Alle 7"nin canlı yayımı zamanı zəlzələ baş verib.

Proqramın aparıcısı Damiana Sçirru, qonaqlarıyla söhbət etdiyi zaman rixter şkalası ilə 5.8 bal gücündə zəlzələ baş verib. Əvvəlcə yerində donub qalan aparıcı, "icazənizlə mən zəlzələdən çox qorxuram" deyərək studiyanı tərk edib.