Səfirimiz geri çağırıldı

30 May 2012 14:37 (UTC+04:00)

Azərbaycan İrandakı fövqəladə və səlahiyyətli səfiri Cavanşir Axundovu Bakıya çağırıb.

Bu barədə APA-ya Azərbaycanın İrandakı səfirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, səfir Bakıya məsləhətləşmələr üçün çağırılıb. Məsləhətləşmələrin nə ilə bağlı olduğu açıqlanmayıb.

Qeyd edək ki, İranın Azərbaycandakı səfiri də məsləhətləşmələr üçün Tehrana çağırılıb.