Putin yenə Azərbaycanlı jurnalistin sualını "ağzında qoydu"

20 Dekabr 2013 11:28 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin dünən keçirdiyi "böyük" mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Kifayət qədər yerli və xarici jurnalistlərin iştirak etdiyi mətbuat konfransında Azərbaycandan olan jurnalistlərin müraciətlərinə baxmayaraq onlara söz verilməyib. Mətbuat konfransında hətta Putin bir dəfə Azərbaycan desə də, daha sonra sual vermək üçün İran mətbuatını təmsil edən jurnalistlərə söz verib. Xatırladaq ki, 4 saatdan artıq davam edən mətbuat konfransını əvvəl Putinin mətbuat katibi Dimitri Peskov, daha sonra isə onun özü idarə edib. Sonda Putin hərkəsin qarşıdan gələn Yeni İlini təbrik edərək konfransı bağlı elan edib.