XİN Xamneyinin nümayəndəsinin Azərbaycana buraxılmamasına münasibət açıqlayıb

30 May 2012 18:24 (UTC+04:00)

İranın ali dini rəhbəri Seyid Əli Xamneyinin nümayəndəsinin Azərbaycana buraxılmaması Azərbaycan qanunvericiliyə uyğun həyata keçirilib.

APA-nın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib.  "Həmin şəxs qanunvericilik çərçivəsində təsdiqlənən müddəalara uyğun olaraq geri qaytarılıb", - deyə XİN sözçüsü vurğulayıb. Qeyd edək ki, Xamneyinin nümayəndəsi Fərid Əsrinin Azərbaycana daxil olmasına icazə verilməyib, o, Bakı aeroportundan geri qaytarılıb.