Azərbaycan Müdafiə Nazirliyində hərbi kollegiya iclası keçirilib

20 Dekabr 2013 16:51 (UTC+04:00)

Azərbaycan Müdafiə Nazirliyində keçirilən geniş hərbi kollegiya iclası başa çatıb.

 

APA-nın məlumatına görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənovun sədrliyi ilə keçirilən kollegiya iclasında Azərbaycan Silahlı Qüvvələrində 2013-cü ildə görülən işlərin yekunu müzakirə olunub, qarşıda duran vəzifələr barədə tapşırıqlar verilib.

 

Kollegiyada ayrı-ayrı qoşun birləşmələrinin komandirlərinin məruzələri dinlənilib.

 

Kollegiya zamanı Müdafiə Nazirliyində təyinatlarla bağlı hər hansı əmr elan olunmayıb.