Ermənilər bir neçə istiqamətdə atəşkəsi pozub

23 Dekabr 2013 14:15 (UTC+04:00)

Cəbhə xəttində atəşkəs yenidən pozulub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Çinari kəndində yerləşən mövqelərindən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Horadiz, Ağdam rayonunun Nəmirli, Tərtər rayonunun Qızıl Oba kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub.