iOS 7 üçün "jailbreak" nəhayət ki, gəldi!

23 Dekabr 2013 14:45 (UTC+04:00)

iOS 7 , yayımlanmasından 3 ay sonra xakkerlər tərəfindən çökdürülüb.  iPhone , iPad və iPod touch üçün Evasion tərəfindən yayımlanan jailbreak , iOS 7.0-dan iOS 7.0.4 -ə qədər olan versiyaları dəstəkləyir. Movqe.Az xəbər verir ki, Jailbreakləri istifadə edənlərin hesabatlarına görə əməliyyat üçün iOS cihazınızı PC və ya Macs USB kabeli vasitəsilə bağlamağınız və "Evasi0n.com"dakı təlimatları izləməyiniz lazımdır. Applenin icazə vermədiyi tətbiqlərə və xidmətlərə gedən yolu açan jailbreak , beş dəqiqədə cihazınıza tətbiq olunur. Jailbreak əməliyyatı əvvəlcə iOS cihazınızı zəmanət əhatəsi xaricində buraxdığından riskli bir əməliyyatdır . Daha sonra , iPhone , iPad, və ya iPod touch-ın qərarsız hala gəlmə ehtimalı da var.