Can Atəş doğuş zamanı Məryəmi tək qoyacaq

25 Dekabr 2013 13:53 (UTC+04:00)

"Möhtəşəm əsr"  ("Möhtəşəm yüz yıl") serialından yaxşı tanıdığımız Məryəm Üzerlinin məşhur iş adamı Can Atəşdən hamilə olduğu barədə artıq məlumat vermişdik.  Mövqe.az xəbər verir ki, Can Atəş qızına öz soyadını verəcəyini bildirib. Amma bunun xaricində heç bir şey etməyəcəyini açıqlayıb. Qeyd edək ki, iddialara görə, Can Atəş, Məryəm Uzərlinin 1 həftə əvvəl qəzetlərdə çap olunan qarnı burnunda şəkilini görüb dostuna bu sözləri deyib: "Ayrıldığımız gündən bəri görüşməmişik. Doğuma getməyi də heç düşünmürəm. Lazım olsa telefonla zəng vurub, soruşaram"