Xilasedicilər hökumətə etiraz etdi

31 May 2012 12:02 (UTC+04:00)

Movqe.Az "Euronews"a istinadən bildirir ki, Yunanıstanda əmək müqavilələrinin müddəti uzadılmayan xilasedicilər paytaxt Afinada hökumətə etiraz edib.

Ölkənin meşə yanğınlarıyla mübarizə etdiyi yaz mövsümünün əvvəli 2000-dən çox xilasedicinin müqavilələrinin yenilənmədiyi bildirilib.

Nümayişçilər hökumətin yardım pullarını düzgün istifadə edə bilmədiyini söyləyirlər:

" Mənə keçən iyun ayından bəri əmək haqqı verilmir. İndi də məni yenidən işə götürmürlər. Yəni qarşımızdakı il işsizlik yardımı ala biləcək qədər belə işləyə bilməyəcəyəm. Bu il tamamilə işsiz qaldım. 7 ildir xilasetmədə işləyirəm. Nələr baş verir? Nə üçün bizə iş vermirlər? Hökumətin pulu olduğunu bilirəm, hara gedir bu pullar?"

Tarixinin ən ağır iqtisadi böhranını yaşayan Yunanıstan bir tərəfdən avrodan çıxmağı müzakirə edərkən, digər tərəfdən də yenilənən ümumi seçkilərə hazırlaşır.