Türkiyədə daha bir nazir istefa verdi

25 Dekabr 2013 16:14 (UTC+04:00)

Türkiyənin Ətraf və şəhərsalma üzrə naziri Ərdoğan Bayraktar istefa verib. Hurriyet.com.tr-də verilən məlumatına görə, nazir istefasının Türkiyə baş naziri Ərdoğanın təzyiqi ilə verdiyini bildirib:


''17 dekabr rüşvət və korrupsiya əməliyyatında şəxsiyyətimi təhqir edəcək və ya izah edə bilməyəcəyim heç bir cəhət yoxdur. Ancaq hörmətli baş nazirin istədiyi nazirlə işləmək və ya istədiyi naziri vəzifədən almaq ən təbii haqqıdır. Lakin mən təzyiq edilməsini qəbul etmirəm. Çünki, istintaq olan və təsdiqlənən abadlıq planlarının böyük bir hissəsi hörmətli baş nazirin təsdiqiylə edilib. Bu minval üzrə nazir vəzifəmdən və millət vəkilliyindən istefa verirəm. Bu milləti və vətəni rahatlaşdırmaq üçün hörmətli baş nazirin istədiyi istefanı etməyin lazım olduğuna inanıramvə uca millətimə hörmətimi bildirirəm".