Ledi Qaqa "Onu çox sevirəm və yanımda olduğu üçün də xoşbəxtəm"

25 Dekabr 2013 16:25 (UTC+04:00)

Amerikanın məşhur jurnalı "Fashion Magazine" in növbəti buraxılışının üz qabığında öz geyimi, klipləri, mahnıları ilə hər zaman seçilən Ledi Qaqa olacaq. Mövqe.az xarici KİV-ə istinadən bildirir ki, qalmaqallı müğənni jurnalistin bütün suallarını cavbalandıraraq, müxtəlif etiraflar da edib. Ledi Qaqa həmçinin hazırladığı yeni albom haqqında da danışıb. O deyib ki  "Mən ürəyimdə böyük bir kədər ilə dünyaya gəlmişəm. Yalnız, səhnəyə çıxarkən yaşadığımı hiss edirəm". Qeyd edək ki, muğənni jurnalistin sevgi haqqında sualını isə belə cavablandırıb " Esl sevgini tapmaq mənim üçün böyük problemə çevrildi. Ama nəhayət ki, sevgimi tapdım. Onu çox sevirəm və yanımda olduğu üçün də çox xoşbəxtəm" deyerək müsahibəsini tamamlayıb.