Kipr “Eurovision 2014” mahnı müsabiqəsində iştirakdan imtina edib

25 Dekabr 2013 21:30 (UTC+04:00)

Kipr "Eurovision 2014" mahnı müsabiqəsində iştirakdan imtina edib.APA-nın "CypLive"yə istinadən xəbərinə görə, bu barədə qərar Kiprin CYBC teleradio şirkətinin Direktorlar Şurasının toplantısında qəbul olunub.

Qərarın qəbul olunmasına səbəb ictimai rəy və iqtisadi böhran olub. Belə ki, builki müsabiqədə iştirak Kiprə 150 min avroya başa gəlib.

Qeyd edək ki, indiyədək Xorvatiya, Çexiya, Slovakiya, Lüksemburq və Andorra da Kopenhagendə keçiriləcək "Eurovision 2014" mahnı müsabiqəsində iştirakdan imtina edib.