"Röyanın əkiz uşağı olacaq"

26 Dekabr 2013 10:55 (UTC+04:00)
Falçı Yeganə Zeynalova  şou -biznes əhli barədə məlumat verib. Mövqe.az-ın məlumatına görə tanınmış falçı öz proqnozlarını "Pərdə" verlişində açıqlayıb. Şou əhlinin yeni ildə başına nə gələcək sualına falçı belə cavab verib: 


" Faiqin ürəyi boşdur. Çünki seçilmişdir. Faiq vergili insandı. Ona görə özümlə onu bir tuturam. Mənim oğlum vergili deyil, amma Faiq vergilidir. Nisə Qasımova ilə barışmasında isə heç bir qəribəlik yoxdur. Mən onları heç küsülü kimi qəbul etmirdim. Aralarını vuran sadəcə bir mərdimazar olmuşdu".


Falçı daha sonra Aygün Kazımova haqqında rəy bildirib: " Aygünü çox istəyirəm. Səhhətində problem olacaq. O, qız özü-özü ilə çox oynayır. Bu il onun üçün çox qorxuram. O hansısa mərdimazara görə öz arzusuna çata bilməyib. Aygün bu il də sizi təəccübləndirə biləcək".


Yeganə xanım Nadir Qafarzadəni balası adlandıraraq onun haqqında heç bir şey açıqlamağa lüzum bilməyib.


Röya Ayxan haqqında isə falçı belə deyib: " Röya yenidən ana olacaq. Əkiz uşaqları olacaq amma başqasından".


"Sevda Yəhyayeva isə bu ailə qurmayacaq" deyə açıqlayan Yeganə Zeynalova bildirib: " Ola bilər bu il adını tutsunlar. Amma gələn il ailə qura bilər. Bu il yox... Bilirsinizmi o qız məndən yaman qorxurdu. Bunu mənə dedilər. Bir dəfə onu gördüm, yaxınlaşıb, əlini tutdum və öpdüm. Dedim ki, qızım məndən qorxma. Adamyeyən deyiləm ki... Gördüm qızın rəngi ağappaq olub. Yəqin indi daha qorxmaz".


Sonda isə falçı Namiq Qaraçuxurlu haqqında maraqlı fikirlər açıqlayıb: " Ona cadu olunub. Qız fanatları çoxdur. Ona görə yalandan deyir nişanlıyam. Əslində elə deyil. Yalan danışmasına haqq verirəm. Bu oğlan qızların əlindən yalan danışmayıb, bəs nə etsin?"