299 cəsəddən 100-ü qaytarılacaq

31 May 2012 15:59 (UTC+04:00)

Movqe.Az bildirir ki, İsrailin əlində olan fələstinlilərə aid 299 cəsəddən 100-ü qaytarılacaq.

Ramallahdakı Fələstin Hökuməti Vətəndaş İşlərinin Ümumi Təşkilatının rəhbəri Həsən əş-Şeyx, İsraillə aparılan uzun müzakirələr və Fələstin Dövlət Başçısı Mahmud Abbasın fərdi cəhdləri nəticəsində 299 cəsəddən 100-ünün qaytarılması mövzusunda razılığa gəldiklərini bildirib.

Şeyx cəsədlərin bugün təslim alınacağını və mərasimlə dəfn ediləcəyini də qeyd edib.

İsrail, indiyə qədər əlində tutduğu cəsədlərin şəxsiyyətlərini gizli saxlayıb məzarlarına rəqəm verərək dəfn edib.