Təyyarə qəzaya uğradı

31 May 2012 16:27 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Almaniyada qəzaya uğrayan 4 nəfərlik, cüt motorlu "Diamond DA-42" tipli təyyarədə 1-i pilot olmaqla, 2 isveçrəli dünyasını dəyişib və 2 nəfər yaralanıb.

Berlinin şimal qərbindəki Parçim şəhərindən havaya qalxan təyyarə qısa müddət sonra məlum olmayan səbəblə qəzaya uğrayıb.Təyyarədə 58 yaşlı isveçrəli pilot və 54 yaşlı sərnişin ölüb. Təyyarədə olan digər 2 isveçrəli isə ağır yaralanıb.

Qəza baş verən bölgəyə gələn qruplar yaralıları vertolyotla xəstəxanaya aparıblar. İlkin məlumatlara görə, qəzanın texniki problemlərdən qaynaqlandığı bildirilib.