Məktəbdə baş verən yanğında 3 şagird tüstüdən zəhərlənib

27 Dekabr 2013 15:56 (UTC+04:00)

Azərbaycanda orta məktəbdə yanğın olub.

Movqe.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə dekabrın 26-da Sumqayıt şəhəri 2-ci məhəllə ərazisində yerləşən 11 saylı orta məktəbdə qeydə alınıb. Məktəbin elektrik paylayıcı qutusunda meydana gələn yanğın nəticəsində şagirdlər – Sumqayıt şəhər sakinləri, Afaq Məmmədli, Kənan İmanzadə və Elza Əhmədova tüstüdən zəhərlənmə ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.