Bağçaların qiyməti inanılmaz dərəcə də bahadır

31 May 2012 16:18 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, bağça qiymətləri artıq bir neçə dəfə müzakirə obyektinə çevrilib.

Xatırladaq ki, 2006-cı ildə prezident bağçaların özəlləşdirilməsinə başlanılması üçün sərəncam vermişdi. Bu qərardan dərhal sonra ölkədə fəaliyyət göstərən bağçaların əksəriyyəti özəlləşdirildi. Və bu özəlləşdirilən bağçaların bir çoxu müasir standartlara uyğun, uşaqların inkişafına şərait yaratdı.

Lakin bu gün yeni bir problem ortaya çıxıb: bağçaların qiyməti. Hər bir valideyin övladının yaxşı bağçada təhsil almasını istəyər. Lakin özəl bağçaların qiyməti inanılmaz dərəcə də yüksəkdir.

Xatırladaq ki, Azərbaycanda 1764 məktəbəqədər təhsil müəssisəsi və 545 uşaq bağçası fəaliyyət göstərir.

Özəl bağçaların qiyməti:

Məlumat verək ki, özəl bağçaların qiyməti 250-600 manat arasında dəyişir. Bakıda yerləşən bağçalardan birinin müdiri ilə danışıb, bunun səbəbini soruşduq.

"Bizim bağçada gün ərzində 5 dəfə yemək verilir. Müxtəlif  xarici dillər öyrənilir", - bağça müdirəsi dedi.

Bakıda fəaliyyət göstərən bağçaların qiyməti isə belədir:

"Teremok" – 440 manat, Möcüzələr aləmi" 350, "Mickeys"s House" 500, "Qafqaz" 550, "Şəkərim-balım" 250, "Nur" 200, "Gələcək nəsil" 500, "Buratino" 350 manatdır. 

Qeyd edək ki, Təhsil Nazirliyinin məktəbəqədər tərbiyyə şöbəsinin müdiri N.Əlinağıyeva bildirdi ki, məktəbəqədər təhsil müəssisələrinin tədbiq etdikləri qiymətlərə nazirlik nəzarət etmir. Buna səbəb isə bu bağçaların özəl olmasıdır.

Türkan Nadirqızı

Movqe.Az