Murad Boz əsgərliklə bağlı danışmaq istəmir?

31 May 2012 17:05 (UTC+04:00)

Movqe.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən axşam saatlarında gənc qızların sevimlisi olan müğənni Murat Boz və sevgilisi Eliz Sakuçoğlu birgə əyləniblər. Türkiyənin "Sabah" qəzetinin xəbərinə görə, jurnalistlər, əyləndikləri məkandan çıxıb birbaşa avtomobillərinə tərəf gedən cütlüyə müxtəlif mövzuda suallar veriblər. Amma sualların hər biri cavabsız qalıb. Buna baxmayaraq, jurnalistlərdən biri M.Boza əsgərliklə bağlı sual verib ki, bu da müğənninin xoşuna gəlməyib. O, jurnalistlərə sadəcə "Yaxşı axşamlar!" deməklə kifayətlənib.

Fuad Mədətov

Movqe.Az