“Qarabağ” sözünün erməni dilində heç bir mənası yoxdur

5 Aprel 2012 00:55 (UTC+04:00)

Azərbaycanın əsas sosial siyasi problemlərindən biri Ermənistanın təcavüzü işğalından əziyyət çəkən qaçqınların məcburi köçkünlərin problemidir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Avronest Parlament Assambleyasının (PA) ikinci sessiyasının rəsmi açılış mərasimində deyib. Onun sözlərinə görə, işğal nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın məcburi köçkün vəziyyətinə düşüb. Təxminən 50 minazərbaycanlı Dağlıq Qarabağdan, 700 mindən artıq insan Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı 7 rayonundan qovulub. 250 min azərbaycanlı isə etnik təmizlənməyə məruz qalaraq Ermənistandan çıxarılıb: "Ümumi olaraq, bir milyon insan qaçqın məcburi köçkündür. Bu rəqəm 1994-ci ilin göstəricisidir. Təxminən 20 il keçir Azərbaycanda müsbət demoqrafik vəziyyəti götürsək, onlar hazırda bir milyondan çoxdur. Təbii ki, bu, böyük siyasi, iqtisadi sosial yükdür. Bu insanların öz yurdlarına qayıtmaq hüququ var".

"Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır. Biz tarixi yaxşı bilirik. Bilirik ki, ermənilərin Dağlıq Qarabağa kütləvi şəkildə köçürülməsi XIX əsrdə başlayıb. Bu bölgə Azərbaycanın tarixi hissəsidir. "Qarabağ" sözü elə bizim sözdür. Erməni dilində bunun heç bir mənası yoxdur. Tarixi baxımdan tamamilə aydındır ki, bu məsələ belədir. Hüquqi baxımdan Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Azərbaycan BMT- Dağlıq Qarabağla birgə üzv olub. Azərbaycanın ərazi bütövlüyü beynəlxalq ictimaiyyət tərəfindən tanınır. Bu isə mövqeyimizi daha da möhkəmləndirir. Tarixi hüquqi baxımdan tamamilə aydındır ki, bu məsələ belədir. Beləliklə, bizdanışıqların mahiyyətinə gəlirik. Əfsuslar olsun ki, artıq 20 ildir hətta dəqiq olsaq, iyirmi il bir həftə öncə ATƏT-in Minsk qrupu yaradılıb. Bu təşkilat münaqişənin nizamlanması məqsədilə yaradılıb. Əfsuslar olsun ki, iyirmi il ötüb bu münaqişə həll olunmayıb. Torpaqlarımız hələ işğal altındadır. Dağlıq Qarabağla qonşu olan rayonlar da dağıntılara məruz qalıb. Şəhərlərimiz yerlə yeksan edilib, məscidlərimiz, əcdadlarımızın qəbiristanlıqları dağıdılıb", - İlham Əliyev bəyan edib.