Gəncədə Cavad xanın xatirəsinə abidə qoyulur

31 May 2012 17:44 (UTC+04:00)

Gəncə şəhərində Gəncə xanlığının sonuncu hökmdarı Cavad xana abidə qoyulur.

Bu haqda Gəncə İcra hakimiyyətinin başçısı Elmar Vəliyev məlumat verib.

 

"Cavad xan öz həyatını bizim ölkənin azadlığı və müstəqilliyi uğrunda verib. O azərbaycanlı xanlar arasında yeganə insan idi ki, rus çarına təslim olmayıb və sonunadək mübarizə aparıb", - E.Vəliyev dedi.

Bu abidə Cavad xan küçəsində quraşdırılacaq. Qeyd edək ki, bu Azərbaycanın prezidentinin əmiridir.

Türkan Nadirqızı

Movqe.Az