Müxalifətə xəbərdarlıq

29 Dekabr 2013 11:55 (UTC+04:00)

"Ötən gün dünyasını dəyişən Zaur Həsənovun vəfatı ilə bağlı qanunsuz aksiyaya çağırış edənlər qanunla məsuliyyət daşıyırlar. Belə çağırışlar yolverilməzdir. Ona görə də bu aksiyanın qarşısı alınacaq".

Bunu Movqe.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Sadiq Gözəlov deyib. S.Gözəlov bildirib ki, Zaur Həsənovun dəfni ilə bağlı dövlət tərəfindən bütün tədbirlər görülür: "Mərhum bu gün saat 14.30-da Bibiheybət qəbristanlığında dəfn olunacaq. Bütün xərcləri rayon icra hakimiyyəti öz üzərinə götürüb. Bir insan kimi Qarabağ qazisinin vəfatı xəbəri bizim hər birimizi kədərləndirir. Onun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk və Allah rəhmət eləsin deyirik! Təəssüf ki, Z.Həsənovun vəfatından istifadə edib, bəzi müxalifət təşkilatları qanunsuz aksiyaların keçirilməsi ilə bağlı bəzi çağırışlar edirlər, amma buna imkan verilməyəcək"