LG G2 ümüdləri doğrultmadı!

30 Dekabr 2013 11:37 (UTC+04:00)

LG-nin böyük ümidlər bağladığı yeni telefonu G2 telefon nəhənginin ümüdlərini doğrultmadı!

Movqe.Az xəbər verir ki, ötən il "Optimus G" modelini hazırlayan və daha sonra Google ilə razılaşıb Nxus 4 olaraq müvafiq qiymətlə satışa təqdim edən LG eyni taktikanı bu il G2 modelini Nexus 5- edib. Firmanın məhsul bazarındakı ən iddialı modeli olan G2-in 10 milyondan çox satılacağı düşünülürdü. Lakin G2 satışları yalnız 2 milyon olub.

"DigiTimes"ın əldə etdiyi hesabata görə ilin sonuna qədər dünya daxilində yalnız 2 milyon G2 satılıb. Bunun ən böyük səbəbi G2-dən qısa müddət sonra tanıdılan və daha ucuz olan Google Nexus 5-dir. Bənzər xüsusiyyətlərinə görə daha ucuza təqdim edən Nexus 5-in seçilməsi çaşdırıcı deyil. Android 4.4 KitKat ilə gələn Nexus 5 , Android 4.2 Jelly Bean-ə malik G2-in yolunu kəsən ən ciddi zərbə olub.


Əslində Nexus 5-i də LG çıxarır və daha az olsa da qazanc əldə edir. Firmanın yeni hədəfi gələn yay tanıdılacaq olan G3 ilə şansı öz lehinə çevirməkdir . Eyni qaynaqdan gələn məlumata görə "Huawei Ascend P6" da eyni vəziyyətdə qalıb. Huaweinin məqsədi 10 milyon satış olsa da, yalnız 3 milyon satış əldə olunub.