"Kurt Seyt və Şura" serialının heyətinə yeni aktyor əlavə olunub

2 Yanvar 2014 11:00 (UTC+04:00)

Kıvanç Tatlıtuğ və Farah Zeynep Abdullahın baş rollarını canlandırdığı "Kurt Seyt və Şura" serialının heyətinə bir aktyor əlavə olunub. Son olaraq "Bir Aşk Hikayesi" serialında iştirak edən Elçin Sanqu "Kurt Seyt və Şura" serialında çəkiləcək. Mövqe.az türk mətbuatına istinadən bildirir ki, gözəl aktrisa bu xəbəri "Twitter" hesabında paylaşıb. Qeyd edək ki,serialda həmçinin Birkan Sokullu, Uşan Çakır və Oral Özer də rol alıb.