Bəşər Əsədin əmisi bədbindir

5 Aprel 2012 01:09 (UTC+04:00)

Rifat Əsəd BBC- açıqlamasında deyib ki, zorakılıq olayları Suriyanın hər bölgəsinə yayılıb, artıq silahlı qarşıdurma olmayan bölgə qalmayıb.

O, bu durumda Bəşər Əsədin uzun müddət hakimiyyətdə qalmasınınçox çətin olduğunu bildirib. Bununla belə, Rifat Əsəd hesab edir ki, BMT Ərəb Dövlətləri Liqasının birlikdə yaradacağı komissiya Suriyada azad şəffaf seçkilərin keçirilməsi üçün müşahidə aparmalıdır o zaman Bəşər Əsəd ailəsinin Suriyada daha çox dəstəkləndiyi üzə çıxar: "Seçkilərdə Bəşər Əsəd ailəsinin Suriya Milli Şurasının bir çox şəxsiyyətsiz nümayəndələri ilə müqayisədə daha çox dəstəyə sahib olduğu açıq görünəcək".

Qeyd edək ki, Rifat Əsəd 1982-ci ildə Müsəlman Qardaşları Hərəkatınınqiyamını yatırtmaq üçün Hama şəhərində keçirilən hərbi əməliyyatı idarə edib, həmin əməliyyat zamanı 25 minə qədər insan həyatını itirib. 1984- ildə isə böyük qardaşı, o dönəmdə prezident olan Hafiz Əsədə qarşı uğursuz çevriliş cəhdi edib. Bu cəhdi baş tutmayandansonra isə Rifat Əsəd sürgünə gedib. Bununla belə, 1998-ci ilə qədər vitse-prezident postundan istefa verməyib. Rifat Əsəd 2000-ci ildə Hafiz Əsədin ölümündən sonra Bəşər Əsədin hakimiyyətə gəlməsini o dönəmdə komediya Konstitusiyaya zidd oyun kimi dəyərləndirib.