Kıvanç Tatlıtuğ paparatzilərə tuş gəlib-FOTO
2 Yanvar 2014 15:45 (UTC+04:00)
Alaçatıda yeni il üçün təşkil edilən küçə partisinə yüzlərlə adamla
bərabər Türkiyənin məşhur insanlarıda qatılıb. Mövqe.az türk
mətbuatına istinadən bildirir ki, məşhurlar arasında Kıvanç
Tatlıtuğ, Çağla Şikel, həyat yoldaşı Emre Altuğ, Şevket Çoruh və
Azad Ozan kimi adlar olub. DJ-lərin performansları ilə əylənənlər
yeni ilə rəqs edərək girib. Qeyd edək ki, məşhurlardan Çağla Şikel,
Emre Altuğ, Azad Ozan və Ozanın yaxınları gecənin irəliləyən
saatlarını bir oteldə söhbət edərək keçirdib. Kİvanç Tatlıtuğ isə
başına taxdığı kapüşonla tanınmamağa çalışsada paparatzilərdən
gizlənə bilməyib. Həmin partidə çəkilən fotoları Mövqe.az sizə
təqdim edir.