Azərbaycanın Abşeron rayonunda dəhşətli qətl törədilib.
Abşeron Rayon Polis ŞöbəsindənAPA-ya verilən məlumata görə, hadisə Novxanı bağlarında qeydə alınıb.
Rayon sakini 1978-ci il təvəllüdlü Bayram Mirzəağa oğlu Həsənov ailə münaqişəsi zəminində qayınatası, 1966-cı il təvəllüdlü Nəzər Qəmbər oğlu Hüseynovu və qayınanası, 1966-cı il təvəllüdlü Rəfiqə İbrahim qızı Hüseynovanı güllələyib. Nəticədə onların hər ikisi aldıqları güllə yarasından hadisə yerindəcə keçiniblər.
Qətli törədən B.Həsənov saxlanılıb. Ondan hadisədə istifadə etdiyi
1 ədəd ov tüfəngi götürülüb. Faktla bağlı Abşeron Rayon
Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.