Hansı "Hollywood" aktyoru filmi üçün evini satıb?

2 Yanvar 2014 17:00 (UTC+04:00)

"Hollywood"un məşhur aktyoru Leonardo Di Kaprionun, prodüserlər arasında olduğu yeni filmi "The Wolf Of Wall Street"i maliyyə əldə edə bilməsi üçün Malibudakı evini 17 milyon dollara satdığı ortaya çıxıb. Mövqe.az xarici KİV-ə istinadən bildirir ki, 2002-ci ildə 6 milyon dollara satın aldığı evdən 11 milyon dollar qazanc əldə edən Di Kaprio, uzun müddətdir istifadə etmədiyi evini sataraq filminə kömək etmiş olub. Qeyd edək ki, "The Wolf Of Wall Street"in premyarası 1 yanvar baş tutub.