Azərbaycanda hava yağmursuz keçəcək

2 Yanvar 2014 16:49 (UTC+04:00)
Yanvarın 3-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində, əsasən, yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müaviniGülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, axşam bəzi yerlərdə duman olacaq, şimal küləyi əsəcək. Havanın temperaturu gecə 1-3 dərəcə, gündüz 4-8 dərəcə isti olacaq.

Yanvarın 3-də Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu 4 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, 2-5 dərəcə isti, bəzi yerlərdə 3 dərəcəyədək şaxta təşkil edəcək.