Azərbaycanda yağış yağacaq
3 Yanvar 2014 18:16 (UTC+04:00)
Yanvarın 4-də Bakı və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində,
əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru
yarımadanın bəzi yerlərində yağıntılı olacağı ehtimalı var, səhər
zəif duman olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə,
mülayim şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın
temperaturu gecə 0-2 dərəcə, gündüz 4-7 dərəcə isti
olacaq.
Yanvarın 4-də Azərbaycanın rayonlarında hava,
əsasən, yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman,
çiskin olacaq. Axşam şərq rayonlarında yağıntı olacağı gözlənilir.
Şərq küləyi əsəcək. Havanın temperaturu 3 dərəcə şaxtadan 2
dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10
dərəcə şaxta, 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti təşkil
edəcək.