Miranda Kerr Türkiyəyə gələcək

4 Yanvar 2014 18:00 (UTC+04:00)

Dünyanın ən tanınmış alt paltar markası "Victorias Secretin" köhnə mələklərindən olan Miranda Kerr, yanvar ayında bir nümayiş üçün Türkiyəyə qonaq gələcək. "Dosso Dossi Fashion Show"un açılış gecəsi podiuma çıxacaq olan gözəl modelin təşkilatçılardan bir istəyi olub. Türkiyə haqqında məlumat alan Kerr, Türk hamamına girmək istədiyini bildirib. "Antalya Expo Center"də təşkil ediləcək nümayişdə podium və ətrafı ağ güllərlə bəzədiləcək. Çiçəkləri çox sevən Kerr üçün ediləcək bu dekorasiya da 70 min çiçək istifadə olunacaq. Mövqe.az türk mətbuatına istinadən bildirir ki, Miranda Kerr, Türkiyəyə gələcəyini "Twitter"də ki səhifəsindən türkcə olaraq yazdığı, "Salam Türkiyə. 9 Yanvar Dosso Dossi Fashion Show görüşmək ümüdi ilə. Hamınızı sevirəm" mesajı ilə çatdırıb.