Suriyadakı döyüşlərdə daha iki Azərbaycan vətəndaşı öldürülüb

4 Yanvar 2014 17:25 (UTC+04:00)

Suriyada daha iki azərbaycanlı öldürülüb. APA-nın məlumatına görə, bu barədə mücahidlərə məxsus saytlar məlumat yayıb. Həlak olanlar "Əl-Qaidə"yə bağlı olan "Əl-Nüsra Cəbhəsi"nin sıralarında döyüşən Namiq Əsgərov və "Azəri Seyfullah" ləqəbli Soltan adlı azərbaycanlılardır. Mücahidlərə məxsus saytlar ölən azərbaycanlıların fotolarını da yayıb. Qeyd edək ki, Suriyada müxtəlif qrupların tərkibində Bəşər Əsəd rejiminə qarşı döyüşlərdə yüzlərlə azərbaycanlının iştirak etdiyi bildirilir. Onlarla azərbaycanlı bu döyüşlərdə həlak olub.